Azərbaycana yaz fəsli qədəm qoydu.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından AZƏRTAC-a bildirilib ki, yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 07:06-da daxil olub. Həmin vaxt gecə ilə gündüz bərabərləşib, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçib. Beləliklə, Şimal yarımkürəsində yaz fəsli başlayıb.
Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.