“Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində və onun ətrafındakı yeddi rayonda aktiv döyüş əməliyyatları gedib. Beynəlxalq, xüsusən də Balkan yarımadasındakı təcrübə göstərir ki, belə ərazilərin təqribən 4-6 faizi mina və partlamamış hərbi sursatlarla çirklənmiş olur”.
APA-nın məlumatına görə, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib. H. Səfixanov deyib ki, Azərbaycanın işğal altındakı ərazilərinin təxminən 500-800 milyon kvadrat metri şübhəli və təhlükəlidir.
Onun sözlərinə görə, keçmiş poliqonlar, partladılmış sursat anbarları, ərazilərə səpələnmiş sursatlar bu gün Azərbaycan üçün ciddi problemlər yaradır: “Saloğluda, Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Güzdəkdə, Ceyrangöldə çoxlu sayda partlamamış hərbi sursat üzə çıxıb. Samux rayonunda Sovet Ordusundan qalma aviabombalar aşkarlanıb ki, bunlar da mülki əhali üçün olduqca təhlükəlidir”.

















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









