Mayın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Vyana bölməsinin Baş direktoru, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (BMTNCİ) icraçı direktoru xanım Gada Vali ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Görüşdə Azərbaycan ilə BMTNCİ arasındakı əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.
Tərəflər narkotiklərin qeyri-qanuni dövriyyəsi, korrupsiya və digər transmilli cinayətkarlıq növlərinə qarşı mübarizədə meydana çıxan çətinliklər barədə müzakirə aparıb və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə bağlı razılıq əldə ediblər.
Görüşdə, həmçinin korrupsiyaya qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının uğurlu modeli olan “ASAN xidmət” və DOST mərkəzləri barədə fikir mübadiləsi aparılıb və bu müsbət təcrübənin paylaşılmasının əhəmiyyəti vurğulanıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana