Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyariç Egger ilə görüşüb.
AZƏRTAC Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə regiondakı son vəziyyət fonunda Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti, o cümlədən çətinliklər və gələcək perspektivlər müzakirə olunub.
“Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Mirjana Spolyariç Egger ilə görüşməyimə və Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparmağıma şad oldum”, – deyə nazir Ceyhun Bayramov sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Cenevrədə işgüzar səfərdədir.