
Azərbaycanın Rusiyadakı səfirliyinin diplomatları Moskvadakı “Crocus City Hall” yaxınlığında təbii memorialın önünə gül qoyulması mərasimində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Rusiyadakı diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, o cümlədən Azərbaycan səfirliyinin əməkdaşları “Crocus City Hall”un qarşısındakı təbii memorialın önünə gül dəstələri qoyublar.
Martın 22-də 140-dan çox insanın həyatına son qoyan terror aktı qurbanlarının xatirəsini yad edənlər arasında Asiya, Afrika, Avropa, Latın Amerikası, Yaxın Şərq və MDB ölkələrinin də diplomatları var.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva