Prezident İlham Əliyev Konqo Respublikasının müstəqilliyinin 65-ci ildönümü münasibətilə bu ölkənin dövlət başçısı Deni Sassu-Nqessoya təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda qeyd edib: “Azərbaycan ilə Konqo arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Sizin keçən il ölkəmizə iki səfəriniz əməkdaşlığımızın genişlənməsinə əhəmiyyətli təkan vermişdir.
Hazırda Azərbaycan ilə Konqo arasında formalaşmış dostluq münasibətləri siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli zəmin və imkanlar yaratmışdır.
Əminəm ki, Azərbaycan-Konqo əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığımızın dərinləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”.
Prezident İlham Əliyev bu bayram günündə Prezident Deni Sassu-Nqessoya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, Konqo xalqına isə daim əmin-amanlıq və rifah diləyib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










