Hörmətli Almazbek Şarşenoviç,
Bişkek yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 yanvar 2017-ci il.