Noyabrın 10-dan 11-dək Bakıda hava şəraiti ilə əlaqədar 5-i kişi, 6-sı qadın olmaqla 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, xəsarət alanlardan bir nəfərə yerində yardım göstərilib, bir nəfər isə yardımdan imtina edib. Digər 9 nəfər isə tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, noyabrın 10-da Bakıda və bölgələrdə güclü şimal-qərb küləyi əsib. Paytaxtda küləyin sürəti saniyədə 38 metrə çatıb.