
İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bu ölkənin Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlət başçıları Özbəkistan səfirliyinin yeni binasının açılışını bildirən rəmzi lenti kəsdilər.
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin binasının infrastrukturu ilə tanış oldular, burada diplomatlar üçün yaradılmış şəraitə baxdılar. Müasir tələblərə cavab verən yeni kompleks iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına yönəlib.
Bina ilə tanışlıqdan sonra Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










