Ermənistan ordusunun oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncədə 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb. Bundan başqa, şəhərdə mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırkı vaxtadək mülki şəxslərdən 65 nəfər həlak olub. Onlardan 18-i qadın, 10-u uşaqdır. Eləcə də 297 nəfər, o cümlədən 69 qadın və 32 uşaq yaralanıb.