BMT-nin baş katibi Antonio Quterreş Dağlıq Qarabağda qoşunların təmas xəttində toqquşmaların baş verməsi ilə bağlı son xəbərlərdən narahatlığını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik Nyu-Yorkda keçirdiyi mətbuat konfransında məlumat verib. O, baş katibin ATƏT-in Minsk qrupunun həmsədrlərinin gərginliyin azaldılması və dərinləşməsinin qarşısının alınması istiqamətində səylərini dəstəklədiyini diqqətə çatdırıb. “BMT-nin baş katibi tərəfləri atəşkəs rejiminə əməl etməyə və münaqişənin tezliklə həllinə nail olmaq üçün substantiv danışıqları bərpa etməyə çağırır”, – deyə S.Düjarrik vurğulayıb.