BMT-nin sessiyasında Multikulturalizm Mərkəzinin fəaliyyəti təqdir edilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cenevrə şəhərində BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 107-ci sessiyası çərçivəsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə Azərbaycan Respublikası Hökumətinin dövri məruzəsinin təqdimatı keçirilib.
Tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edib. Təqdimat zamanı nazir müavini Azərbaycan Respublikasının BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Ölkəmizin multi-etnik ölkə olduğu diqqətə çatdırılıb, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin ölkədə multikultiralizm dəyərlərinin təşviqi, mədəni, dini və linqvistik müxtəlifliyin qorunub saxlanılması sahəsində səmərəli fəaliyyəti barədə məlumat verilib.
İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsi Dağlıq Qarabağ bölgəsindəki münaqişə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə bağlı sualların verilməsi, regional hüquqi məsləhət mərkəzlərinin yaradılması ilə bağlı dövlətin fəaliyyətini yüksək qiymətləndirən Komitə Ekspertləri ilə bu gün Azərbaycanın onuncu-on ikinci dövri hesabatına baxışını tamamlayıb.
Komitə üzvləri Bakı Multikulturalizm Mərkəzi tərəfindən görülən işləri yüksək qiymətləndiriblər. Müzakirə zamanı Mərkəzin ölkə daxilində fəaliyyəti, Azərbaycandakı müxtəlif etnik qruplarla bağlı layihələri və digər suallar da nümayəndə heyəti tərəfin ətraflı cavablandırılıb.