Britaniya parlamentində lord Con Teylor Kilkluninin sualını cavablandıran bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət məsələləri üzrə naziri Baronessa Anelay deyib ki, Böyük Britaniya hökuməti qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır.
AzərTAc xəbər verir ki, lord Kilkluninin sualı işğal olunmuş Azərbaycan torpaqlarında qohumlarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş iki azərbaycanlı mülki şəxsin – Şahbaz Quliyevin və Dilqəm Əsgərovun taleyi ilə bağlı olub.
Baronessa Anelay vurğulayıb ki, Britaniya hökuməti “Dağlıq Qarabağ respublikası” nı tanımamaqla yanaşı, sualda qeyd edilən “məhkəmə icraatının hüquqi bazası”nı da tanımır.
Dövlət məsələləri üzrə nazir Böyük Britaniya hökumətinin həmin girovların taleyi məsələsini Beynəlxalq Qırmızı Xaç Komitəsi qarşısında da qaldırdığını söyləyib.
AzərTAc

















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









