Bu gün Türkmənistanda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, sentyabrın 11-13-də Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun altıncı iclası keçiriləcək.
Müzakirələrdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan nümayəndə heyətləri iştirak edəcəklər.
Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.