HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Görüşdə Xankəndidə tikiş fabrikinin videobağlantı vasitəsilə açılışı olub

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Şavkat Mirziyoyev COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, bu tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. Qeyd etdi ki, Özbəkistan Azərbaycana dost, qardaş və müttəfiq ölkə olaraq buna sevinir. Ali qonaq dedi ki, Özbəkistanda Azərbaycana xüsusi münasibət var.

COP29-un Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün mühüm hadisədir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün mühüm hadisədir. Konfransın məqsədi iqlim dəyişmələri ilə mübarizə aparmaq, onun təsirlərini azaltmaq, iqlim dəyişmələrinə uyğunlaşmaq, maliyyə məsələlərini müzakirə etmək və ölkələrin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsini təmin etməkdir. Başqa sözlə, belə Zirvə görüşləri ölkələr üçün iqlim dəyişmələrinə qarşı mübarizədə ortaq yol xəritəsi formalaşdırmaq məqsədilə təşkil edilir və bu kimi genişmiqyaslı tədbirlərə ev sahibliyi etmək üçün müəyyən kriteriyalar tələb olunur. Bu baxımdan, COP konfransının keçirilməsini qəbul etmək təkcə ev sahibi ölkə üçün müəyyən bir status göstəricisi deyil, həm də beynəlxalq səviyyədə əhəmiyyət daşıyan böyük hadisədir.

Ceyhun Bayramov “Buzlaqlar-2025: Buzlaqların qorunması üçün qlobal tədbirlərin görülməsi” mövzusunda yüksəksəviyyəli tədbirdə çıxış edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunan “Buzlaqlar-2025: buzlaqların qorunması üçün qlobal tədbirlərin görülməsi” mövzusunda yüksəksəviyyəli tədbirdə iştirak və çıxış edib.

COP29-un Liderlər Sammitinin açılış mərasimində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib

Noyabrın 12-də Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib.