HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

BMT-nin baş eksperti COP31-də əsas diqqəti su böhranına yönəltməyə çağırıb

Birləşmiş Millətlər Təşkilatının Su, Ətraf Mühit və Sağlamlıq Universitetinin (UNU-INWEH) direktoru və Stokholm Su Mükafatı laureatı Kaveh Madani iqlim və su böhranlarının həllində regional və qlobal sülhün əhəmiyyətini vurğulayıb, Türkiyədə keçiriləcək COP31 iqlim konfransında əsas diqqəti su böhranına yönəltməyə çağırıb.

Bakıda qazax şairinin “Qarabağ” kitabının təqdimatı olub

Bakı şəhərində, Milli QHT Forumunun mənzil-qərargahında Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) birgə təşkilatçılığı ilə Qazaxıstan Yazıçılar Birliyinin və DGTYB Məsləhət Şurasının üzvü, şair-publisist Sayat Kamşıgerin “Qarabağ” kitabının təqdimatı keçirilib.

Bu gün 52 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verib

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 12-də Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə),Gəncə (II hissə), Mingəçevir şəhərlərində, Abşeron (I hissə), Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında, eləcə də tədrisi ingilis dilində aparılan ümumtəhsil müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı keçirilib.