
Bu gün 25 ailədən ibarət 91 nəfər Ağdərə rayonunun Həsənriz kəndinə köçüb. Ailələr evlərinin açarlarını təhvil alıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ailələrə mənzillərin açarlarının təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri və digər şəxslər iştirak ediblər.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən fevral ayında yerinə yetirilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi də daimi sakinlərini qəbul etməyə hazırdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Həsənriz kəndinə ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə kəndə 25 ailə – 91 nəfər köçürülür.
Azərbaycan Respublikasında səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov martın 3-də Bakıda Zəfər parkını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 3-də Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bir çox sahələri əhatə edən münasibətlərimizin dinamik inkişafından məmnunluğunu bildirərək, Prezident Kasım-Jomart Tokayevlə həm Azərbaycanda, həm də Qazaxıstanda mütəmadi görüşlərini xatırladı.