HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Bu gün Ümumdünya Meteorologiya Günüdür

Bu gün Ümumdünya Meteorologiya Günüdür. Hər il martın 23-də Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Ümumdünya Meteorologiya Təşkilatının təşəbbüsü ilə 1961-ci ildən bəri Ümumdünya Meteorologiya Günü qeyd olunur. Günün şüarı: “İnformasiya dövründə hava, iqlim və su”dur.

Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Bu gün görkəmli şair Zeynal Xəlilin anadan olmasının 112 ili tamam olur

Müasir Azərbaycan poeziyasının tanınan simalarından olan Zeynal Xəlil zəngin mənəvi dünyası olan şair idi. Özünəməxsus yaradıcılıq yolu, gərgin sənət axtarışları şairin qələmini gündən-günə püxtələşdirərək onu şeirin keşməkeşli yollarında öz yeri, öz çəkisi olan şairlərdən biri etmişdi.