
Mayın 10-da Azərbaycanın İraqdakı səfirliyində bu ölkənin aparıcı beyin mərkəzləri rəhbərlərinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə müvəqqəti işlər vəkili Elnur Məmmədzadə Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri, müstəqil Azərbaycanın tərəqqisi yolunda gördüyü işlərə dair tədbir iştirakçılarına ətraflı məlumat verib.
Aparıcı beyin mərkəzlərinin rəhbər şəxslərinin iştirakı ilə təşkil edilmiş dəyirmi masada Elnur Məmmədzadə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz xidmətləri, ölkəmizin xarici siyasəti, COP29 sədrliyi, Azərbaycanın regional və beynəlxalq müstəvidə cərəyan edən proseslərlə bağlı mövqeyi və İraqla əməkdaşlığının gələcək inkişaf perspektivləri ilə bağlı məlumat verib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Dəyirmi masada Azərbaycan-Ermənistan sülh gündəliyi və işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri barədə iştirakçılara ətraflı məlumat verilib.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











