
Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı (Aİ) və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq komitələrində nümayəndə heyətinin sədri Marina Kalyurand, AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev və AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko tərəfindən “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsinə ehtiyacın olması” barədə birgə bəyanatın verilməsi Avropa Parlamenti üzvlərinin, ümumiyyətlə, bölgədə sülh və əmin-amanlığın beynəlxalq hüququn təməl prinsipləri əsasında təmin olunması mövqeyindən çıxış etmələrinə rəğmən, bölgədəki mövcud vəziyyətdən hələ də tam məlumatlı olmadıqlarını göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri videoformatda qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group”un sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən İkinci Dünya müharibəsi illərində Hitler Almaniyası ilə əməkdaşlıq etmiş erməni əsilli faşist Qaregin Njde və bu gün Ermənistanda faşizmin qəhrəmanlaşdırılması siyasəti haqqında ingilis dilində qısa film hazırlanıb.