
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 273 nəfər müalicə olunaraq sağalıb, 57 yeni yoluxma faktı qeydə alınıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
Vətən müharibəsinin gedişində cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları səlahiyyətləri daxilində üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirməklə qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə zəruri istintaq hərəkətləri həyata keçirib.
Azərbaycan Ordusunun 1992-ci il yanvarın 25-də həyata keçirdiyi və uğursuzluqla başa çatan Daşaltı əməliyyatından 29 il ötür. Ötən illərdən fərqli olaraq, Daşaltı əməliyyatının ildönümünü bu il qələbə əhval-ruhiyyəsi ilə qeyd edirik.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Aybasanlı kəndindən videogörüntülər paylaşıb.