HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

İyulun 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

İsrailli ekspert: Şuşaya səfər zamanı mən erməni vəhşiliyinin və vandalizminin nəticələrini gördüm

Bu günlərdə 400-dən çox diplomat, dünya ölkələrinin liderləri, Nobel Mükafatı laureatları və başqa şəxslər qlobal dünya nizamına təhdidləri müzakirə etmək üçün Bakı Qlobal Forumunda toplaşmışdı.

AZƏRTAC xəbər verir ki, Bakı Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut “Thej.ca” Kanada-İsrail media-platformasına müsahibəsində bu barədə danışıb.