HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək layihəsinin icrasına başlandı

18553114_1546430622068856_965773822_o

Mayın 17-də “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yeni Həyat – keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsinin icrasına başlayıb. Bu məqsədlə keçirilən mətbuat konfransını giriş sözü ilə layihənin hüquqşünası Şahin Camalov açdı. Layihənin mahiyyəti barəsində danışan Şahin Camalov bildirdi ki, əsas məqsəd cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləmək və onların qarşılaşdıqları hüquqi, psixoloji və sosial problemlərin həllinə kömək etməkdir. Ş.Camalov qeyd etdi ki, bununla bağlı olaraq 1, 4 və 15 saylı cəzaçəkmə müəssisələrində məhbuslarla görüşlər keçirilib və layihə onlar tərəfindən razılıqla qarşılanıb. Qeyd olunub ki, indiyədək 20 keçmiş məhkuma psixoloji və hüquqi yardım göstərilib və bunun davamlı olacağı gözləniləndir.

Fəlsəfə elminin ağbirçəyi – Zümrüd Quluzadə 85

8a0d93f152def71673ee11c5628a3dce_83126Azərbaycan ictimai və fəlsəfi fikrinin mahir tədqiqatçısı, fəlsəfə elmimizin ağbirçəyi fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə artıq ömrünün 86-cı baharına qədəm qoyur. Bu 85 il həyat sanki Zümrüd xanımın həyatında kəşməkeşli, amma həm də çox maraqlı və mənalı ömür yolu olmuşdur.

Azərbaycanlı atlet Anastasiya İbrahimli beş rekord yeniləyərək “Bakı-2017”nin qalibi olub

14948411075541347700_1000x669

Mayın 15-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarının üçüncü günündə 69 kiloqram çəki dərəcəsində qadınların mübarizəsində Azərbaycanlı atlet Anastasiya İbrahimli 5 rekord yeniləyərək qızıl medal qazanıb. Yarışda 63 kiloqram çəki dərəcəsində çıxış edən Elnarə Abbasova isə bürünc medala layiq görülüb.