HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiya ilə bağlı Müraciəti

banner

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının  (AVCİYA) “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiya ilə bağlı

Müraciəti

AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət edildi.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 119 dəfə pozub.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 119 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Novruzlu, Cəvahirli, Kəngərli, Sarıcalı, Şuraabad, Yusifcanlı, Mərzili, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 125 dəfə atəş zərbəsi endirib.

Mod.gov.az

Cəbhədəki vəziyyətə dair son məlumat

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, bütün cəbhə boyu vəziyyət gərgin sabit olaraq qalır.
Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Silahlı Qüvvələrimiz tərəfindən ciddi surətdə riayət edilir.
Ordumuzun bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirləri həyata keçirir.
Ermənistan tərəfinin dünən saat 12.00-dan sonra atəşkəs razılaşmasının Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə pozulması barədə yaydığı məlumatların da heç bir əsası yoxdur.
Müdafiə Nazirliyi bildirir ki, bu kimi xəbərlərin yayılması erməni tərəfinin atəşkəs rejimini pozmaqla törədəcəyi növbəti təxribatlara zəmin yaratmaq və baş verə biləcək hadisələrə görə məsuliyyəti əvvəlcədən Azərbaycan tərəfinin üzərinə atmaq məqsədi daşıyır.

Tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb

Müdafiə Nazirliyi bildirir ki, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.
Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.

LifeNyus telekanalının təxribat xarakterli tele-süjetinə dair Müdafiə Nazirliyi Mətbuat Xidmətinin açıqlaması

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, uğursuzluğa düçar olan və məğlubiyyətlə qarşılaşan Ermənistanın hərbi və siyasi rəhbərliyi anti-Azərbaycan niyyətli xarici KİV-in də fəaliyyətindən bəhrələnərək ölkəmiz haqqında təxribat xarakterli, guya Suriyada İŞİD terrorçu təşkilatının tərkibində fəaliyyət göstərən azərbaycanlıların Qarabağda ermənilərə qarşı hərbi əməliyyatlarda iştirak etmək məqsədilə Türkiyə ərazisindən keçərək Azərbaycana gəlmələri barədə yaydıqları məlumatlar tamamilə əsassızdır və dezinformasiyadır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi-texniki imkanları və potensialı ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və toxunulmazlığının yüksək səviyyədə təmin edilməsi üçün tam yetərlidir.
Bir daha bildiririk ki, istənilən terror təşkilatının fəaliyyəti onun üzvlərinin milli, dini və digər mənsubiyyətindən asılı olmayaraq, beynəlxalq sülh və təhlükəsizliyə, eləcədə milli təhlükəsizliyə ciddi təhdiddir. Hər hansı niyyətlə, Azərbaycan Respublikasının ərazisinə keçməyə cəhd edən terror təşkilatı üzvləri müəyyən edilərək məsuliyyətə cəlb ediləcəklər.