HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

ANAMA: Minaaxtaran daha 6 it minatəmizləmə əməliyyatlarına cəlb olunacaq

İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən həyata keçirilən əməliyyatların genişləndirilməsi, maddi-texniki bazanın və potensialın artırılması istiqamətində işlər davam etdirilir.

Qərbi Azərbaycan İcmasının nümayəndəsi BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində qayıdış hüququ mövzusunda tədbirdə çıxış edib

BMT İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində “Qayıdış hüququndan istifadə – sülh və barışıq üçün mühüm stimul kimi” mövzusunda tədbir keçirilib.

Qərbi Azərbaycan İcmasından AZƏRTAC-a bildiriblər ki, BMT-nin üzv dövlətlərinin və çoxsaylı qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatıldıqları tədbirə beynəlxalq ekspert Ventseslav Sabev moderatorluq edib.