HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Prezident İlham Əliyev Almaniyaya səfərə gəlib VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün birinci xanım Mehriban Əliyeva ilə birlikdə fevralın 13-də Almaniya Federativ Respublikasına səfərə gəlib.

Azərbaycanlı alimin elmi layihəsi beynəlxalq müsabiqənin qalibi oldu

Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının əməkdaşlarının “Ahıska türklərinin mədəni, dil və teatr irsinin tədqiqi və rəqəmsal arxivləşdirilməsi” (Research and Digital Archiving of the Culture, Language, and Theatre Heritage of Ahıska Turks) layihəsi Türk Akademiyası tərəfindən 2026-cı il üçün elan edilmiş beynəlxalq “Elmi layihələr müsabiqəsi”nin qalibi olub. Layihənin məqsədi Ahıska türklərinin dil, mədəniyyət və teatr irsinin elmi əsaslarla araşdırılması, sistemləşdirilməsi və rəqəmsal arxiv formasında qorunmasıdır. Bu təşəbbüs Ahıska türklərinin zəngin mədəni irsinin gələcək nəsillərə ötürülməsi, elmi dövriyyəyə daxil edilməsi və beynəlxalq tədqiqatçılar üçün əlçatan edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.