HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında Tramp Marşrutu layihəsinin əhəmiyyətindən danışıb

Fevralın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Avrasiyanın Strateji Nizamının Müəyyənləşdirilməsi: Orta Dəhliz – Sabitlik, Sülh, Təhlükəsizlik və Bağlantılar üzrə Avropa Təhlükəsizlik Gündəliyi” mövzusunda panel müzakirələrində çıxış edib. Paneldə, həmçinin Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso çıxış ediblər.

Praqadakı Azərbaycan Mədəniyyət Evində ədəbi axşam təşkil olunub

Praqadakı Azərbaycan Mədəniyyət Evində Şəbnəm Əsədovanın tərcüməsində olan Çex nəsrinin Azərbaycan dilindəki antologiyası olan “Çex klassiklərinin hekayələri”nin növbəti təqdimatı çərçivəsində ədəbi axşam keçirilib. Tədbir ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişafı çərçivəsində Çexiya “Natavan” Cəmiyyəti və Çexoslovakiya Xarici Əlaqələr İnstitutu tərəfindən təşkil edilib.