HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Bakıda ilk dəfə Zeytun Festivalı keçirilir

Oktyabrın 31-dən noyabrın 2-dək İçərişəhərdə Zeytun Festivalı keçirilir .

AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların dəstəklənməsi və bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.

Müharibənin od-alovundan sağ çıxıb, bədbəxt hadisə nəticəsində şəhadətə qovuşan qəhrəman..

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladları hər zaman sonsuz ehtirama layiqdirlər. Onların əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur və heç vaxt yaddaşlardan silinməyəcək. Belə qəhrəman Vətən oğullarından biri də 2016-cı il Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da başlanan antiterror əməliyyatının iştirakçısı, Zaqatala rayonundan olan şəhid Yunis Abbasovdur.

Vətən müharibəsinin xronikası: 1 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Heydər Əliyev Mərkəzində “ART Weekend” festivalının rəsmi açılışı olub

Açılışda “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində “ART Weekend” festivalının rəsmi açılışı olub. Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə paytaxtımızda başlayan “ART Weekend” bir sıra ölkələrdən incəsənət və mədəniyyət xadimləri, kuratorları bir araya gətirib.