HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

WUF13 çərçivəsində Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlər səviyyəsində görüş keçiriləcək

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) ilk günündə WUF13-də yeni təşəbbüs kimi Yeni Şəhərsalma Proqramı ilə əlaqədar nazirlər səviyyəsində görüş təşkil olunacaq. Yeni Şəhərsalma Proqramının 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu görüş əldə olunan irəliləyişləri qiymətləndirmək, mövcud problemləri müəyyən etmək və növbəti icra mərhələsini formalaşdırmaq üçün fürsət təqdim edir.

QHT və media nümayəndələri WUF13-ə hazırlıq işləri ilə tanış olublar

Mayın 13-də Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıq işləri ilə tanışlıq məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən qeyri-hökumət təşkilatları (QHT), media nümayəndələri və blogerlərin tədbir məkanına – Bakı Olimpiya Stadionuna səfəri təşkil edilib.

Bakıda WUF13 Festivalına yekun vurulub

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə təşkil olunan festivala Bakıda yekun vurulub.