HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Kərkicahan qəsəbəsində yeni həyat: Müasir infrastruktur və bərpa olunan ümidlər

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Xankəndi şəhəri sürətlə dirçəlir. Şəhərin ayrılmaz hissəsi olan Kərkicahan qəsəbəsi bu günlərdə öz doğma sakinlərini qəbul edərək, yeni həyata qədəm qoyub. İşğaldan azad edildikdən sonra qısa müddət ərzində qəsəbədə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb, müasir infrastruktur qurulub və ailələrin rahatlığı üçün hər cür şərait yaradılıb.

“Quba Ensiklopediyası” üzərində iş başladı.

“Quba Ensiklopediyası” üzərində iş başlayıb. Layihənin təşəbbüs qrupunun üzvü, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) 1905.az portalının direktoru, siyası elmlər üzrə fəlsəfə doktoru, əməkdar Jurnalist Fuad Babayevdən aldığımız məlumata görə yaradıcı heyətdə həmçinin tarix üzrə fəlsəfə doktoru, Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi Laçın Mustafayev, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Dillər Universitetinin dosenti Aqil Şahmuradov və yazıçı Rövşən Yerfi də yer alıblar.

Ermənistan strateji seçim qarşısında

Ermənistanda 7 iyun 2026-cı il tarixinə parlament seçkiləri təyin edilib.  Artıq may ayının 8-dən ölkədə rəsmi olaraq təbliğat-təşviqat kampaniyasına start verilib və qanunvericiliyə əsasən təşviqat kampaniyasının son günü iyun ayının 5-i müəyyən edilib.