HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Süni İntellekt Akademiyasının açılışı olub

Sentyabrın 8-də Bakıda Süni İntellekt Akademiyasının (AI Academy) açılış mərasimi keçirilib.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər.

Azərbaycan Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində iştirak edir

Çinin Fucien əyalətinin Siamen şəhərində 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (CIFIT) işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Çinin Kommersiya Nazirliyinin və Fucien əyalət hökumətinin ev sahibliyi ilə keçirilən sərgi ikitərəfli və çoxtərəfli investisiya əməkdaşlığının təşviqi və investisiya tendensiyaları üzrə müzakirələrin aparılması üçün vacib beynəlxalq platformalardan hesab olunur. Üç gün davam edəcək sərgidə 120 ölkədən hökumət rəsmiləri, 5 min şirkət, 50 mindən çox iş adamı iştirak edir.

Azərbaycan Haaqada keçirilən beynəlxalq festivalda təmsil olunub

Azərbaycanın Niderlanddakı səfirliyi Haaqa şəhər meriyası tərəfindən təşkil olunan və artıq ənənəyə çevrilmiş “Səfirlik festivalı”nda iştirak edib.

AZƏRTAC xəbər verir ki, Haaqanın mərkəzindəki tarixi “Lange Voorhout” meydanında “Bir gündə dünya səyahəti” devizi altında keçirilən tədbir dünya xalqlarının zəngin mədəni irsini bir araya gətirib.