HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Milli Qurtuluşdan tarixi Zəfərə: Əbədiyaşar ideyaların təntənəsi

Ölkəni məhv olmaq təhlükəsindən xilas edən, dövləti qurub yaradan, ömrünü xalqa həsr edən insanları dahi şəxsiyyət adlandırırlar. Tarix isə görkəmli siyasi xadimləri çox nadir hallarda yetişdirir və bu xoşbəxtlik hər millətə nəsib olmur. Çünki müdrik şəxsiyyətlər xalqların taleyinə təsir göstərmək gücünə malikdirlər. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna rol oynamış əbədiyaşar lider kimi yadda qalıb. Məhz Ümummilli Liderin adı bilavasitə xilaskarlıq missiyası və genişmiqyaslı quruculuq fəaliyyəti ilə bağlıdır.