HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Prezident İlham Əliyev Ulu Öndərin memarlıq ənənəsini bacarıqla davam etdirərək, Azərbaycanı qüdrətli dövlətə çevirdi

Bu gün ətrafımızda, hər yerdə uzun illər davam edən və bitmək bilməyən, on minlərlə insanın həyatını itirməsinə səbəb olan, milyonlarla insanı öz yaşayış yerini tərk etmək məcburiyyətində qoyan müharibələr var. Ümummilli Lider Heydər Əliyevin siyasi irsindən bəhrələnən Prezident İlham Əliyevin müdrik idarəçiliyi sayəsində Azərbaycan nəinki ümummilli problemlərin həllinə nail oldu, həmçinin öz dinamik inkişafını davam etdirir və dövrümüzün yeni çağırışlarına uyğunlaşmağı, hadisələri qabaqlamağı məharətlə bacarır. Vətəndaşlarımız gözəl şəhərlərdə sabitlik və təhlükəsizlik şəraitində yaşayır, çalışır və gələcəyə nikbinliklə baxırlar.

Samir Nuriyev: Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş görkəmli dövlət xadimidir

Fəaliyyəti zamanın çərçivəsini aşan və gələcək nəsillər üçün strateji əhəmiyyətə malik olan şəxsiyyətlərin yeri və rolu tarixdə xüsusi əhəmiyyət kəsb edir. Yaradıcı və qurucu şəxsiyyətlər təkcə siyasi lider kimi çıxış etmirlər, dövlətin institusional əsaslarını yaradan, eyni zamanda, iqtisadi prosesləri istiqamətləndirən və xalqın milli-mədəni inkişaf vektorunu müəyyənləşdirən ictimai inkişafın memarı olurlar. Müasir dövrün əsas prioriteti kimi qəbul edilən qlobal urbanizasiya şəraitində məkan və infrastruktur modellərini müəyyənləşdirən belə liderlərin əhəmiyyəti daha da artır.