HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə işçi qrupun Cəbrayıl və Laçına səfəri başlayıb

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə işçi qrupun Cəbrayıl və Laçın rayonlarına səfəri başlayıb.

“Laçın-100 ədəbi antologiya” çapdan çıxıb

Laçın şəhərinin salınmasının 100 illiyi (1924-2024) münasibətilə “Laçın-100 ədəbi antologiya” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, əslən laçınlı şair, nasir və aşıqların yaradıcılığından ibarət nümunələrin toplandığı antologiya 400 illik dövrü əhatə edir.

Abşeronda daha iki şəhidin nəşi torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsində torpaqlarımızı itirməklə bərabər, Vətənimiz minlərlə şəhid verdi. Azərbaycan oğulları düşmənə qarşı mərdliklə, şücaətlə döyüşdü. Ölkəmizin hər kəndinə, şəhərinə şəhid xəbərləri gəldi. Dəfn edilən şəhidlərlə yanaşı, məzarları üzərinə naməlum şəhid yazılanlar da oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində cəmi 44 günə illərlə köz bağlayan dərdlərə, acılara son qoyuldu. Ərazilərimizin işğaldan azad edilməsi ilə yanaşı, itkin düşmüş insanların naməlum taleyinə də işıq salındı.