Azərbaycanın stolüstü tennis yığması İslamiadada bürünc medal qazanıb

Azərbaycanın qadınlardan ibarət stolüstü tennis yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Azərbaycanın qadınlardan ibarət stolüstü tennis yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Zəfər Günündə keçirilən Hərbi parad və orada nümayiş olunan texnika Azərbaycanın regiondakı müstəsna rolunun daha bir sübutudur. Bununla da Azərbaycan regionun aparıcı güclü və gələcəkdə baş verə biləcək istənilən təcavüzün qarşısını almağa qadir olan orduya malik bir dövlət kimi formalaşdığını elan etdi.

Türkiyədə Respublikanın banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, hər il noyabrın 10-da saat 09:05-də (Atatürkün İstanbulda, “Dolmabahçe” sarayında vəfat etdiyi dəqiq vaxt) bütün ölkə üzrə bir dəqiqəlik sükut elan olunur.

Azərbaycanın cüdoçusu Zelim Kotsoyev Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən Z.Kotsoyev finalda misirli Ömər Əşrəf Cəmaləddinə məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov, Optika və molekulyar fizika kafedrasının baş müəllimi Lətif Əliyev və tələbələri fakültənin şəhid məzunu Fikrət Zeynallının Tovuz rayonunun Aşağı Öysüzlü kəndində məzarını ziyarət edib, ailəsinə baş çəkiblər.

ABŞ-nin Nyu-York şəhərində 8 Noyabr – Zəfər Günü, Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbənin 5-ci ildönümü və 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə ölkəmizin Dövlət Bayrağı qaldırılıb.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.