
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə işçi qrupun Cəbrayıl və Laçın rayonlarına səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
İşçi qrupun üzvləri Cəbrayıl rayonunda minatəmizləmə əməliyyatları ilə tanış olublar, icra edilən layihələrin gedişatını izləyiblər.
Səfər çərçivəsində Laçın rayonunda işçi qrupun növbəti iclası keçiriləcək.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










