HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 15-də Komissiya üzvləri və Katibliyin təmsilçiləri ilə birlikdə çap prosesinin gedişi və bununla bağlı yaradılmış şəraitlə tanış olub.

Xəzər dənizində zəlzələ qeydə alınıb

Avqustun 15-də Lənkəran stansiyasından 75 kilometr şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan AZƏRTAC-a verilən məlumata görə, yerli vaxtla saat 08:22-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,7-ə bərabər olub.

Məcburi köçkünlər mina təhlükəsi barədə məlumatlandırılır

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) məcburi köçkünlər üçün “Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış” mövzusunda silsilə təlimlər keçirir.

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandasının üzvlərinin bir qrupunu təltif edib

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, dörd nəfər “Şöhrət” ordeni, bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, iki nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, üç nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, yeddi nəfər 3-cü dərəcəli “Əmək” ordeni, iki nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.