HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Böyük Zəfərə gedən yolun başlanğıcı – Aprel döyüşlərinin səkkizinci ildönümüdür


Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən səkkiz il ötür. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş uğurlu əks-hücum əməliyyatı hərb tariximizə əbədi yazılıb. Azərbaycan xalqının və ordumuzun qəhrəmanlığının nümayişi olan Aprel döyüşləri Vətən müharibəsinin ilkin məşqi və tarixi Zəfərə aparan yolun başlanğıcı kimi dəyərləndirilir.

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın energetika nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq əlaqələrinin olduğu məmnunluqla vurğulanaraq bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndiyi bildirildi.