HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

MDB Oyunları: Azərbaycan üzgüçüsü bürünc medal qazanıb

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında üzgüçülük yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, Gəncə İdman Sarayında təşkil edilən yarışlarda təmsilçimiz Mehri Abdurrəhmanlı 100 metr məsafəyə “butterfly” (kəpənək) üslubunda üzmədə üçüncü olub.

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Azərbaycanın İrandakı səfirliyində 27 Sentyabr – Anım Günü ilə bağlı “Vətən Fədailəri” adlı mərasim təşkil olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyindən məlumat verilib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.