
“Bakı Ağ Şəhər” yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində paytaxtın 8 Noyabr prospekti üzərindən Bakı “Ağ Şəhər” layihəsinin Fəvvarələr meydanı parkını və Dənizkənarı Milli Parkı birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik yerüstü piyada körpüsü inşa edilir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Piyada körpüsünün uzunluğu 230 metr olmaqla biraşırımlı layihələndirilib. Unikal körpü metal tir aşırım qurğusundan ibarətdir və 1 ədəd pilon dayaqdan vantlar vasitəsilə “asılacaq”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında aparılan işlər keyfiyyətli tikinti və dizayn materiallarından istifadə olunaraq icra edilir.
Körpünün layihələndirilməsi yerli mühəndislərlə yanaşı, Almaniyanın “Werner Sobek AG” şirkəti, memarlıq həlləri isə dünyada aparıcı memarlıq bürosu kimi tanınmış Niderlandın “UN Studio” şirkəti tərəfindən işlənilib.
















Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb










