HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Ağdərədə erməni sakinlər kütləvi şəkildə evləri yandırır

Sentyabrın 23-də saat 19:35 radələrində Ordumuzun texniki müşahidə vasitələri tərəfindən Ağdərə istiqamətində yaşayış evlərinin erməni sakinlər tərəfindən kütləvi şəkildə yandırılması qeydə alınıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

BMT rəsmisi Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı təşəbbüslər barədə məlumatlandırılıb

Sentyabrın 22-də xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirələri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım üzrə əlaqələndiricisi, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) rəhbəri Martin Griffits ilə görüşüb.