HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Ülviyyə Zülfiqar: Ermənistan Təpəbaşı məscidində içki istehlak etməklə bütün müsəlman aləminə hörmətsizlik edir

Tarixi Azərbaycan şəhərindəki maddi irs abidəmiz olan Təpəbaşı məscidində içki istehlak edilməsi bütövlükdə İslam aləminə hörmətsizlikdir. Ermənistan maddi–mədəni irsimizə hörmətlə yanaşmalı, onun dağıdılmasına yol verməməli idi. Lakin nəinki bu məqamlara diqqət ayrılmayıb, üstəlik, Qərbi azərbaycanlılara məxsus tarixi Təpəbaşı məscidi spirtli içki istehlak edilən məkana çevrilib.

XİN: Ermənistanı sülhə nail olmaq perspektivlərini sarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq

Ermənistan baş nazirinin fevralın 10-da “Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirləri reallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.