Azərbaycan XİN: Fransanın erməni sakinləri bəhanə gətirərək öz məkrli siyasətini yürütməyə çalışması ciddi narahatlıq doğurur
Avqustun 15-də Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı nəticəsində Fransa tərəfindən verilmiş açıqlama zamanı Azərbaycana qarşı irəli sürülmüş əsassız iddiaları qətiyyətlə rədd edirik.