
Bu il peşə təhsili müəssisələrinə qəbul olanlar arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həssas qruplardan olan benefisiarları da var.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Mərkəzdə rəqs istiqaməti üzrə təlimləri bitirən Aytac Həziyeva Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Veb dizayn və proqram təminatı ixtisasına qəbul olub.
Təsviri incəsənət istiqaməti üzrə təlimlərdə iştirak etmiş Ləman Məmmədova təhsilini 1 nömrəli Bakı Tibb Kollecində Mamalıq işi ixtisası üzrə davam etdirəcək.
Təsviri incəsənət üzrə təlimləri uğurla tamamlayan digər benefisiar İbrahim Abdullayev isə 7 nömrəli Bakı Peşə Məktəbində Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator ixtisasında təhsil alacaq.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










