HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edəcəklər. İmtahanda 519 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.

“Humanitar yardım” yük avtomobil karvanı niyə Ağdam-Xankəndi yolundan keçməlidir? 

Bu gün Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətində atdığı addımlar göz qabağındadır. Eyni zamanda, dövlətimizin başçısı Xankəndində yaşayan ermənilərə çatacaq humanitar yüklərin də Ağdam-Xankəndi yolundan keçməsi təklifini irəli sürüb və həmin yoldan keçə biləcəyini vurğulayıb. Niyə Azərbaycan rəhbərliyi məhz Ağdam-Xankəndi yolundan istifadədə israrlıdır və “humanitar yardım” yük avtomobil karvanının oradan keçməsini tələb edir?