
Avqustun 5-də Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın Raça dağlıq bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı ilə əlaqədar Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə başsağlığı məktubu göndərib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məktubda Milli Məclisin sədri bu ağır faciə ilə əlaqədar gürcüstanlı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verib, təbii fəlakətin ağır nəticələrinin tezliklə aradan qaldırılması diləklərini ifadə edib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










