HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Paris bukinistləri şəhər hakimiyyətini Fransa paytaxtının simvolunu məhv etməkdə ittiham edirlər

Parisdə 200-dən çox müstəqil küçə kitab satıcısı və ya “bukinist” var, onlar açıq havada 300 minə yaxın kolleksiya, yeni və istifadə olunmuş kitab və jurnal təklif edirlər. Ənənə 16-cı əsrdə kök salıb, o zaman İntibah dövrü görünməmiş savadlılıq erasının başlanmasına səbəb oldu və daimi yeri olmayan kitab satıcıları nəhayət Sena çayı boyunca və onun yaxınlığında daimi satış yerləri açdılar. Getdikcə oxumaq bacarığı artan əhali arasında kitaba tələbat artdıqca ənənə çiçəkləndi və kök saldı. Əvvəlcə kitablar əl arabalarında, ciblərdə və kiçik masalarda yerləşdirilərək satılırdı, daha sonra sahibkarlar kitablarını qutulara qoymaq imkanı əldə etdilər. İndi Sena sahilində bir çox kiçik köşk görə bilərsiniz, sahibləri kirayə haqqını ödəmirlər, lakin həftədə ən azı 4 gün işləmək məcburiyyətindədirlər. Sena çayı boyunca kitablar satılan köşklər Fransa paytaxtının əsas görməli yerlərindən biridir.

Bu gün Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib

İyulun 30-da tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Müdafiə Nazirliyinin hərbi liseylərinə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna qəbul imtahanları, həmçinin Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçirilib.

Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri saxlanılıb

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.