HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu yenidən qurulur

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılan işlər davam etdirilir. Bu istiqamətdə respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu yenidən qurulmasına start verilib.

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü olub

İyulun 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli, daha sonra isə Rusiya xarici işlər naziri və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşlər keçirib.

XİN: Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətlərini davam etdirmək məqsədi güdür

Ermənistanın baş nazirinin bölgənin azərbaycanlı əhalisinə etnik təmizləmə və soyqırımı da daxil olmaqla, ən ağır müharibə və insanlıq əleyhinə cinayətlərin törədilməsi yolu ilə Ermənistan tərəfindən yaradılmış qondarma rejimi “demokratik yolla seçilmiş hakimiyyət” adlandırması Ermənistan rəsmilərinin 30 ilə yaxın davam edən işğalçı siyasətdən və əməllərdən əl çəkmədiklərinin bariz nümunəsidir. Ermənistanın baş naziri Paşinyanın bu fikirləri, həmçinin onun “Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanındığına” dair bəyanatına tamamilə ziddir.