HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Erməni dövləti

XIX əsrin axırlarında İrəvan şəhərinin məhəllə adları

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda və onun ətraf ərazilərində baş verən hadisələr, Ermənistanın torpaqlarımızda törətdiyi qanlı hadisələr, apardığı yalan və böhtan siyasəti bu təcavüzkar dövlətin özünün uydurma tarixinə bird aha yenidən baxılmasını tələb edir. Bu baxımdan yanaşdıqda hələ XIX əsrin axırlarında Qafqaz-rus mətbuatında rus maarifçi ziyalısı Stepan Pavloviç Zelinskinin yazıb çap etdirdiyi materiallar xüsusi aktuallıq kəsb edir.

Qraf Vorontsov-Daşkov: “Biz ermənilərə himayədarlıq etməklə həmişə bizə böyük xidmətlər göstərmiş olan sadiq müttəfiqlər əldə etmişik”.

İmperator Əlahəzrətləri. Bütün ermənilərin Katolikosu həm Türkiyə, həm də Rusiya təbəələrindən ibarət olan öz din mənsublarının xahişi ilə Türkyə ermənilərinin kürdlərin hücumlarından müdafiə olunması haqqında siz əlahəzrətə təbəəlik vəsatəti ilə şəxsən müraciət etməkdən ötrü Sankt-Peterburqa yola düşməyi nəzərdə tutur.

İlkin qaçqınlıq dövrü və erməni dövlətinin təşkili

Qərbi Azərbaycandan — indiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşədil və Loru-Pəmbək bölglərinin rusların əlinə keçməsi anından başlamışdır.

“İrəvan vilayəti” və İrəvan quberniyasının yaradılması

Khanate-of-Eriwan-in-1809-1817-1024x941

1826-cı ildə Rusiya ilə İran arasında yeni müharibə başlandı. Müharibə zamanı Azərbaycan dövlətləri olan Naxçıvan (1827-ci il, iyun) və İrəvan (1827-ci il, oktyabr) xanlıqlarının ərazisi işğal olundu. Müharibədən sonra İrəvan xanlığı ərazisində 420-dən çox kənd (o cümlədən Qırxbulaq mahalında 32, Zəngibasarda 8, Gərnibasarda 48, Dərəkənddə 8, Vedibasarda 33, Saatlıda 5, Talində 35, Sərdərabadda 9, Karpidə 12, Abaranda 60, Dərəçiçəkdə 33, Göyçədə 90, Dərələyəzdə 46 kənd) dağıdılmış, on minlərlə azərbaycanlı əhali məhv edilmişdi.