
Bu gün teleqrafla bildirildiyi kimi, knyaz Qolitsinə hücum edən cinayətkarlar ermənilərdir. Bu xırda məlumat həmin biabırçı və müəmmalı hadisənin əsil mahiyyətini aşkar etmək üçün kifayət deyil, lakin eyni zamanda onun açılma istiqamətinin səmtinin müəyyənləşdirməyə yardım edə bilər. Görünür, knyazın oğurlanması nəzərdə tutulmayıb.
İ.Stalinin V.Leninə teleqramı
İmperator Əlahəzrətləri. Bütün ermənilərin Katolikosu həm Türkiyə, həm də Rusiya təbəələrindən ibarət olan öz din mənsublarının xahişi ilə Türkyə ermənilərinin kürdlərin hücumlarından müdafiə olunması haqqında siz əlahəzrətə təbəəlik vəsatəti ilə şəxsən müraciət etməkdən ötrü Sankt-Peterburqa yola düşməyi nəzərdə tutur.
İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi haqqında Azərbaycan Milli Şurasının qərarı (1918, 29 may).